Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Heydər Əliyev Fondunun, Təhsil Nazirliyinin və AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə “Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası” artıq 13-cü ildir ki, keçiriləcəkdir. Cari ildə Olimpiadanın ilk mərhələsinin  27 aprel, növbəti (final) mərhələsinin isə 04 may tarixində keçirilməsi planlaşdırılır. Olimpiadada iştirak etmək üçün 20 aprel  2019-cu il tarixinə qədər qeydiyyatdan keçmək zəruridir.

Olimpiadada hər bir təhsil müəssisəsindən maksimum 4 komanda qeydiyyatdan keçə bilər və hər bir təhsil müəssisəsinin ən yaxşı nəticə göstərən yalnız 1 komandası Olimpiadanın ikinci (final) mərhələsinə vəsiqə qazanacaqdır. Hər komanda 1 rəhbərdən (müəllim) və 3 iştirakçıdan (tələbə - bakalavr) təşkil olunmalıdır.

Olimpiadanın 1-ci mərhələsi 27 aprel 2019-cu il tarixində saat 10:00-da Bakı Mühəndislik Universitetində keçiriləcəkdir. Olimpiadaya gələn komanda üzvləri şəxsiyyət vəsiqəsi və tələbə biletlərini özləri ilə gətirməlidirlər.

Qeydiyyatdan keçmək üçün aşağıdakı formanı doldurun:

Komanda barəsində məlumat:
Komandanın rəhbəri barəsində məlumat (Təhsil müəssisəsini təmsil edən müəllim):