Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Heydər Əliyev Fondunun, Təhsil Nazirliyinin və AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə “Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası”nın ilk mərhələsi 29 aprel 2018-ci il tarixində Bakı Mühəndislik Universitetində keçirilmişdir.

Olimpiadada iştirak etmək üçün respublikanın 25 ali təhsil müəssisəsindən 62 komanda qeydiyyatdan keçmiş və olimpiadanın ilk mərhələsində iştirak etmişdir.

Qaydalara müvafiq olaraq respublika üzrə 14 ali təhsil müəssisəsinin ən yaxşı nəticə göstərən 14 komandası Olimpiadanın ikinci (final) mərhələsinə vəsiqə qazanmışdır.

Olimpiadanın final mərhələsi 05 may 2018-ci il AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda keçirilmişdir.

Finalda Bakı Mühəndislik Universitetinin “BEU Programmers” komandası 1-ci, ADA Universitetinin “ADA U1” komandası 2-ci, Bakı Dövlət Universitetinin “BSU 1” komandası 3-cü və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Sharper” komandası 4-cü yerə layiq görülmüşdür.

Qalib komandalar 17 May - Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü ərəfəsində keçiriləcək tədbirdə sponsorlar tərəfindən təqdim edilən qiymətli hədiyyələr, habelə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən Fəxri Fərman və Diplomlarla mükafatlandırılacaqlar.

Qeydiyyatdan keçmək üçün aşağıdakı formanı doldurun:

Komanda barəsində məlumat:
Komandanın rəhbəri barəsində məlumat (Təhsil müəssisəsini təmsil edən müəllim):